Bakı. 21 dekabr. REPORT.AZ/ Qazaxıstanlı hokkeyçi Andrey Troşinski dünyasını dəyişib. "Report"unTASS-a istinadən verdiyi məlumata görə, 37 yaşlı idmançı bu gün səhər saatlarında evdə olarkən dünyasını dəyişib.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Troşinski təcili tibbi yardım maşını ilə xəstəxanıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Andrey Troşinski Qazaxıstanın "İrtış" hokkey komandasının üzvü idi. Son 4 ildə çempionluq yaşayan idmançı cari mövsümdə komandada məşqçi fəaliyyətinə başlamışdı.