Baki. 4 noyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarının medalları istifadə müddətini başa vurmuş elektron avadanlıqların yenidən işlənməsi nəticəsində əmələ gələn metaldan hazırlanacaq. "Report"un məlumatına görə, belə məmulat seçimi Oyunların təşkilatçılarına ətraf mühit və davamlı inkişafa qayğını nümayiş etdirmək arzusu ilə diktə olunub.
"Medalların hazırlanması Oyunlara hazırlığın ən vacib bölümlərindən biridir" - deyə, "Olimpiada-2016"nın Təşkilat Komitəsinin sədri Karlos Nuzman bildirib.
Braziliyanın müvafiq dövlət qurumu Yay Olimpiadası və Paralimpiadası üçün 4924 mükafat və 75000 xatirə medalı istehsal etməlidir. Bu qurum Rio-de-Janeyroda keçirilmiş 2011-ci il Ümumdünya Hərbi Oyunları və 2007-ci il Panamerika Oyunları üçün medallar hazırlayıb.
Qeyd edək ki, Rio-de-Janeyro 2009-cu il Yay Olimpiya Oyunları uğrunda mübarizədə Madrid (İspaniya), Tokio (Yaponiya) və Çikaqoya (ABŞ) qalib gəlib. Oyunlar 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək.