AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
Komanda
- 08 noyabr, 2024
- 12:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Voleybol Federasiyasının (AVF) komunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Çelenc Kuboku matçına supervayzer təyin olunub.
Federasiyadan "Report"a verilən məlumata görə, qurum rəsmisi qadın voleybolçular arasında yarışın 1/16 finalında “Rapid" (Rumıniya) və “Roma” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.
Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
03:45
ISIS: Peyk görüntüləri İrandakı "nüvə obyektində" yeni aktivlikdən xəbər verir
Region03:13
Venesuelanın gücünə görə ikinci neft emalı zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb
Digər ölkələr02:38
Cek Nikolsonun "Parıltı" filmində istifadə etdiyi balta yenidən hərraca çıxarılıb
Maraqlı02:00
ABŞ Arktikadakı hərbi mövcudluğunu genişləndirir
Digər ölkələr01:19
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
Digər ölkələr01:05
Türkiyədə beynəlxalq dələduzluqla bağlı 95 nəfər saxlanılıb
Region00:57
ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu əvvəlki miqyasına qayıtmaya bilər
Digər ölkələr00:39
UEFA Millətlər Liqası: IV turun növbəti oyunları keçirilib
Futbol00:16