Bakı. 7 sentyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.
“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərarda bildirilir:
1. 2.5-ci bənddə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyası” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin.
2. 4.1-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaş- dırılması laboratoriyasının” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə əvəz edilsin.