Toxumun dövlət fonduna tədarükünə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar baxacaq

Toxumun dövlət fonduna tədarükünə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar baxacaq Toxumun həmin qurumlar tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı olmalıdır
ASK
7 Sentyabr , 2017 03:36
Toxumun dövlət fonduna tədarükünə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar baxacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərarda bildirilir:

1. 2.5-ci bənddə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyası” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaş- dırılması laboratoriyasının” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə əvəz edilsin.

Son xəbərlər

Orphus sistemi