Stavropoldan və Karaçay-Çərkəzdən ən çox taxıl Azərbaycana ixrac olunur

Stavropoldan və Karaçay-Çərkəzdən ən çox taxıl Azərbaycana ixrac olunur Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan bu il Rusiyanın Stavropol vilayətindən və Karaçay-Çərkəz Respublikasından ən çox taxıl alan ölkə olub.
ASK
16 İyul , 2018 15:00
Stavropoldan və Karaçay-Çərkəzdən ən çox taxıl Azərbaycana ixrac olunur

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan bu il Rusiyanın Stavropol vilayətindən və Karaçay-Çərkəz Respublikasından ən çox taxıl alan ölkə olub.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, iyul ayının ilk 10 günlüyündə bu bölgələrdən taxılın ixrac edilməsi ilə bağlı 118 fitosanitar sertifikat verilib.

Bu sertifikatlara uyğun olaraq, ən çox taxıl Azərbaycana (1,92 min ton) ixrac edilib. Siyahıda növbəti yerlərdə Ermənistan (1,34 min ton) və Gürcüstan (1,06 min ton) gəlir.

Son xəbərlər

Orphus sistemi