Yuxarı
    Bağlamaq

    Rusiyanın Türkiyəyə pomidor embarqosu bu ölkəyə 2 mlrd. dollara başa gəlib

    Rəsmi Moskva qoyduğu qadağanı aradan qaldırmaq niyyətində deyil

    Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin Rusiyaya ixrac etdiyi pomidora qoyulan embarqo nəticəsində yaranmış itkilərinin həcmi 2 mlrd. dollar təşkil edib. 

    "Report"un rus mətbuatına istinadən yaydığı məlumata görə, bunu Rusiyanın Milli Meyvə-Tərəvəz İttifaqının analitiki Kirill Laşin deyib.

    Onun sözlərinə görə, əvvəllər Rusiya Türkiyədə yetişdirilən pomidorun təxminən 40%-ni alırdı. 

    "2016-cı ildə Rusiyada pomidor istehsalı 18% artıb. Bununla da, ölkənin bu məhsul ilə özünü təminetmə dərəcəsi təqribən 40%-a çatıb", - K.Laşin bildirib.

    O həmçinin qeyd edib ki, Rusiya bazarı bağlandıqdan sonra Türkiyədən olan istehsalçılar ixrac məshullarının bir hissəsini Belarusa yönəldiblər: "Rusiyada türkiyəli tədarükçülərin yerini qismən Çin doldurmağa müvəffəq oldu. Azərbaycan ixracını iki dəfə, Mərakəş isə təxminən üç dəfə artırdı, Belarus da buna bir qədər nail oldu".

    Xatırladaq ki, avqustun 7-də Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev ölkənin Türkiyədən pomidor almağa hazır olmadığını bildirib. Bundan sonra avqustun 9-da Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, Rusiya bir sıra kənd təsərrüfatı məhsullarına, o cümlədən pomidora tətbiq etdiyi ticari məhdudiyyəti aradan qaldırmasa, rəsmi Ankara da cavab tədbirləri görəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi