Yuxarı
    Bağlamaq

    İsmayıllıda maldarlıqla məşğul olanlara 168 min manatdan çox subsidiya verilib

    Bakı. 4 yanvar. REPORT.AZ/ “2018-ci ildə İsmayıllı rayonunda maldarlıqla məşğul olan 1 246 fermerə süni mayalama yolu ilə alınmış 1 681 baş cins buzova görə 168 min 100 manat subsidiya verilib".

    Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Məlumata görə, cins buzova görə verilən subsidiyanın məbləği 2017-ci illə müqayisədə 47 min 100 manat çoxdur.

    Qeyd edək ki, son illər bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl iş aparılır. Bunun üçün süni mayalanmanın imkanlarından istifadə olunur. Təkcə ötən il 3 787 baş iribuynuzlu mal-qarada süni mayalama aparılıb ki, bu da 2017-ci ildəkindən 153 baş artıqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi