İsmayıllıda maldarlıqla məşğul olanlara 168 min manatdan çox subsidiya verilib

İsmayıllıda maldarlıqla məşğul olanlara 168 min manatdan çox subsidiya verilib Bakı. 4 yanvar. REPORT.AZ/ “2018-ci ildə İsmayıllı rayonunda maldarlıqla məşğul olan 1 246 fermerə süni mayalama yolu ilə alınmış 1 681 baş cins buzova görə 168 min 100 manat subsidiya verilib.
ASK
4 Yanvar , 2019 14:46
İsmayıllıda maldarlıqla məşğul olanlara 168 min manatdan çox subsidiya verilib

Bakı. 4 yanvar. REPORT.AZ/ “2018-ci ildə İsmayıllı rayonunda maldarlıqla məşğul olan 1 246 fermerə süni mayalama yolu ilə alınmış 1 681 baş cins buzova görə 168 min 100 manat subsidiya verilib".

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, cins buzova görə verilən subsidiyanın məbləği 2017-ci illə müqayisədə 47 min 100 manat çoxdur.

Qeyd edək ki, son illər bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl iş aparılır. Bunun üçün süni mayalanmanın imkanlarından istifadə olunur. Təkcə ötən il 3 787 baş iribuynuzlu mal-qarada süni mayalama aparılıb ki, bu da 2017-ci ildəkindən 153 baş artıqdır.

Son xəbərlər

Orphus sistemi