Rusiyada çempionat matçının nəticəsinə təsir göstərməkdə şübhəli bilinən hakim saxlanılıb

Futbol
  • 09 iyul, 2025
  • 11:11
Rusiyada çempionat matçının nəticəsinə təsir göstərməkdə şübhəli bilinən hakim saxlanılıb

Rusiyada futbol çempionatı matçının nəticəsinə təsir göstərməkdə şübhəli bilinən I Liqa hakimi Boqdan Qolovko saxlanılıb.

“Report” RBC-yə istinadən xəbər verir ki, referi 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Onun I Liqanın XXXIV turunda baş tutan "Torpedo" - "Kamaz" matçında meydan sahiblərinin xeyrinə iki dəfə penalti təyin etmədiyi və bu səhvə bilərəkdən yol verdiyi iddia edilib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.