Azərbaycanda GMO pambığın satışı, istifadəsi və idxalı qadağan edilir

Azərbaycanda GMO pambığın satışı, istifadəsi və idxalı qadağan edilir Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub
ASK
18 Dekabr , 2015 16:21
Azərbaycanda GMO pambığın satışı, istifadəsi və idxalı qadağan edilir

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən iclasında Azərbaycanda tərkibi genetik modifikasiya olunan (GMO) pambığın satışı, istifadəsi və idxalının qadağan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılb. “Report” xəbər verir ki, bununla bağlı məsələ “Pambıqçılıq haqqında” qanun layihəsində əksini tapıb.

Dəyişikliklər layihəsi barədə məlumat verən MM-in Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bundan sonra ölkədə genetik modifikasiya olunan bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycanda satışına, istifadəsinə və idxalına yol verilməyəcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub

Son xəbərlər

Orphus sistemi