Azərbaycanda builki pambıq yığımının həcmi 100 min tona çatıb

Azərbaycanda builki pambıq yığımının həcmi 100 min tona çatıb Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib
ASK
18 Oktyabr , 2017 15:38
Azərbaycanda builki pambıq yığımının həcmi 100 min tona çatıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 99 619,5 ton məhsul təhvil verilib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, bunun 3 140,53 tonu ötən gün tədarük olunub.

Qeyd edək ki, bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib.

Məhsul yığımının həcminə görə, Saatlı rayonu öndə olub. Bu rayondan 15 971,4 ton məhsul təhvil verilib. 

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 596 ton pambıq tədarük olunmuşdu.

Son xəbərlər

Orphus sistemi