Azərbaycanda bu il pambıq yığımı 206,7 min tonu keçib

Azərbaycanda bu il pambıq yığımı 206,7 min tonu keçib Bu il ölkədə 136,4 min hektar sahədə çiyid səpilib
ASK
30 Dekabr , 2017 11:58
Azərbaycanda bu il pambıq yığımı 206,7 min tonu keçib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 206 721 tondan çox pambıq təhvil verilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ötən gün məntəqələrə 226 ton pambıq verilib.

Pambıq tədarükündə Saatlı (25 742 ton), Biləsuvar ( 24 761 ton), Bərdə (22 359 ton), Ağcabədi (20 376 ton) rayonları irəlidədir.

Qeyd edək ki, bu il 136 413,2 hektar sahədə çiyid səpilib.

Son xəbərlər

Orphus sistemi