Zəngilan aeroportu sentyabrın əvvəlində istismara təhvil verilə bilər

Zəngilan aeroportu sentyabrın əvvəlində istismara təhvil verilə bilər Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara verilməsi gözlənilir.
İnfrastruktur
28 May , 2022 16:19
Zəngilan aeroportu sentyabrın əvvəlində istismara təhvil verilə bilər

Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara təhvil verilməsi gözlənilir.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

"Aeroportda işlərin 60 %-i tamamlanıb. Uçuş-enmə zolağına asfalt örtüyü vurulur. Burada da işlər 70-80 % tamamlanıb. Aeronaviqasiya qurğularının fundamentenin qoyulması 100 % bitib. Hazırda bu qurğular arasında rabitə və elektrik çəkilişi üçün kanal qazılır. Terminal binasında fasad işlərinin 30 %-i tamamlanıb. Uçuş-enmə zolağında, aeronaviqasiya avadanlıqlarında və qüllədə işlər bu ilin iyul ayında, qalan digər qurğularda isə işlər avqustun sonunda, sentyabrın əvvəlində bitəcək", - o qeyd edib.

V.Əmiraslanov xatırladıb ki, aeroportun təməli ötən ilin aprel ayında qoyulub: "May ayında isə Minatəmizləmə Agentliyi ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləməyə başlayıb. “Paralel olaraq təmizlənmiş ərazidə "AzVirt" şirkəti uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq qatının qazıntısını aparıb, sahəsi 60 min kvadrat metr olan və 8 hava gəmisi üçün nəzərdə tutulan perronda uzunluğu 600 metr olan sükan yolunun, torpaq yolunun qazma işlərinə başlanılıb. Bu müddət ərzində paralel olaraq sahəsi 5 min kvadratmetr olan terminal binasının dəmir-beton konstruksiyası işləri görülüb. Artıq dam örtüyünün bağlanması üzrə işin də 80 %-i yerinə yetirilib və yaxın günlərdə yekunlaşacaq”.

Son xəbərlər

Orphus sistemi