Zaur Mikayılov: "Bakı Su Həftəsi çərçivəsində innovativ addımlar öyrəniləcək"

Zaur Mikayılov: "Bakı Su Həftəsi çərçivəsində innovativ addımlar öyrəniləcək" Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bu sahədə mövcud olan problemlərin həlli istiqamətində innovativ addımlar öyrəniləcək.
İnfrastruktur
12 Mart , 2024 10:36
Zaur Mikayılov: Bakı Su Həftəsi çərçivəsində innovativ addımlar öyrəniləcək

Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bu sahədə mövcud olan problemlərin həlli istiqamətində innovativ addımlar öyrəniləcək.

"Report" xəbər verir ki, bunu tədbirin açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

"Belə tədbirlərin keçirilməsi "yaşıl dünya" naminə atılan ən mütərəqqi addımlardandır", - deyə o qeyd edib.

"Azərbaycanda COP29 kimi önəmli tədbirin keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın ətraf mühitlə bağlı reallaşdırdığı mühüm tədbirləri dəyərləndirməsinin göstəricisidir. Su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığı daha da genişləndirəcək", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi