"Wizz Air" martın 29-dan Bakı-Budapeşt marşrutu üzrə reysləri bərpa edir

"Wizz Air" martın 29-dan Bakı-Budapeşt marşrutu üzrə reysləri bərpa edir Biletlərin qiyməti dəyişməyib
İnfrastruktur
258
4 Mart , 2015 10:14
Wizz Air martın 29-dan Bakı-Budapeşt marşrutu üzrə reysləri bərpa edir

Bakı. 4 mart. REPORT.AZ/ Macarıstanın "Wizz Air" avia operatoru  martın 29-dan Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə reysləri bərpa edir.

"Wizz Air" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamara Mşveniradze "Report"a bildirib ki,  biletləri şirkətin saytı vasitəsilə əldə etmək olar. Onun sözlərinə görə, biletlərin qiyməti dəyişməyib, bütün rüsum və vergilər daxil olmaqla 49 avro təşkil edir. 

Qeyd edək ki, həmin marşrut üzrə aviareyslər ötən ilin oktyabr ayında dayandırılıb. "Wizz Air" şirkəti 2013-cü ilin iyun ayından Bakıya uçuşları həyata keçirir. Lakin uçuşlara icazə verən müqavilə müddətinin bitməsi ilə əlaqədar tərəflər reyslərin davam etdirmək şərtləri haqqında razılığa gələ bilmirdilər.

Son xəbərlər

Orphus sistemi