​Vladimir Yakunin: "Sanksiyaların ləvği Şimal-Cənub dəhlizinin tikintisini asanlaşdıracaq"

​Vladimir Yakunin: "Sanksiyaların ləvği Şimal-Cənub dəhlizinin tikintisini asanlaşdıracaq" Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması 170 km-lik Rəşt-Astara xəttinin tikintisini nəzərdə tutur
İnfrastruktur
15 İyul , 2015 13:27
​Vladimir Yakunin: Sanksiyaların ləvği Şimal-Cənub dəhlizinin tikintisini asanlaşdıracaq

Bakı. 15 iyul. REPORT.AZ/ İrana qarşı sanksiyaların aradan qaldırılması "Rusiya Dəmir Yolları" ASC-nin ölkədə işini asanlaşdıracaq. "Report"un "İTAR-Tass"a istinadən verdiyi xəbərə görə, bunu şirkətin prezidenti Vladimir Yakunin danışıb.

"Ümid edirəm ki, bu, vəziyyəti yaxşılaşdıracaq. Bütün bu zaman ərzində biz İranla işləmişik. Bilirsiniz ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması uzunluğu 170 km olan Rəşt-Astara xəttinin tikintisini nəzərdə tutur. Layihənin məqsədi bu dəhlizin quru yollarının birləşdirməsindən ibarətdir ki, bu da Transxəzər multimodal marşrutunun iqtisadi səmərəliliyinin yüksəlməsinə imkan verəcək", - deyə V.Yakunin qeyd edib.

Əsasən nəzərdə tutulub ki, Rəşt-Astara (İran) xətti Rusiya və İranın iştirakı ilə, Astara (İran) - Astara (Azərbaycan) isə Rusiya, İran və Azərbaycanın iştirakı ilə tikiləcək.

İlkin hesablamalara görə, Qəzvin-Rəşt- Astara (İran) - Astara (Azərbaycan) xəttinin tikintisinə tələb olunan investisiyanın ümumi həcmi təxminən 400 mln. dollar təşkil edir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əmtəə bazarı ildə 25-26 mln. ton səviyyəsində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi