​Vaezi: "İran və Azərbaycan arasında dəmir yolu şəbəkələrinin birləşdirilməsi prioritet məsələdir"

​Vaezi: "İran və Azərbaycan arasında dəmir yolu şəbəkələrinin birləşdirilməsi prioritet məsələdir" Azərbaycanın iqtisadiyyat və sənaye naziri ilə İranın rabitə naziri arasında telefon danışığı olub
İnfrastruktur
15 İyul , 2015 17:47
​Vaezi: İran və Azərbaycan arasında dəmir yolu şəbəkələrinin birləşdirilməsi prioritet məsələdir

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi arasında telefon danışığı olub.

"Report" "Təsnim" agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı M.Vaezi iki ölkə arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, İran və Azərbaycan arasında dəmir yolu şəbəkələrinin birləşdirilməsi prioritet məsələdir.

Nazirlər həmçinin bank sektorunda qarşılıqlı əməkdaşlıq, enerji və sosial sahələrdə iş birliyi, viza rejiminin sadələşdirilməsi, həmçinin İrandan Azərbaycana dərman ixracı məsələlərini müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi