Yasamal rayonunda UNEC-in yeni tədris binası inşa olunacaq

Yasamal rayonunda UNEC-in yeni tədris binası inşa olunacaq Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisadi Universiteti (UNEC) üçün daha bir tədris binası inşa olunacaq.
İnfrastruktur
12 Yanvar , 2019 15:38
Yasamal rayonunda UNEC-in yeni tədris binası inşa olunacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisadi Universiteti (UNEC) üçün daha bir tədris binası inşa olunacaq.

“Report” xəbər verir ki, Azərbaycan Dövlət İqtisadi Universiteti Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 194 saylı ünvanda yeni tədris binasının tikintisi işlərinin satınalınması məqsədilə açıq tender elan edir.

Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqını bank hesabına köçürməlidir.

İddiaçılar müvafiq sənədləri bu ilin fevralın 19-na qədər, tender təklifi və bank təminatını isə 26 fevral saat 17:00-dək UNEC-in əsas binasına təqdim etməlidir.

İddiaçıların təklifləri fevralın 27-də universitetin əsas binasında açılacaq. 

Son xəbərlər

Orphus sistemi