Ukrayna və Azərbaycan gələn il üçün daşıma icazələrinə dair saziş imzalayıb

Ukrayna və Azərbaycan gələn il üçün daşıma icazələrinə dair saziş imzalayıb Ukrayna və Azərbaycan 2024-cü il üçün beynəlxalq daşımalar üçün icazə kvotasını razılaşdırıblar
İnfrastruktur
8 İyul , 2023 15:28
Ukrayna və Azərbaycan gələn il üçün daşıma icazələrinə dair saziş imzalayıb

Ukrayna və Azərbaycan 2024-cü il üçün beynəlxalq daşımalar üçün icazə kvotasını razılaşdırıblar.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, müvafiq saziş Ukraynanın İcmalar, Ərazilər və İnfrastrukturun İnkişafı Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında imzalanıb.

Qeyd olunur ki, bu barədə qərar Azərbaycan ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Ukrayna-Azərbaycan Birgə Komissiyasının növbəti iclasında qəbul edilib.

Ukrayna və Azərbaycan 2024-cü il üçün hər ölkə üzrə universal icazələrin 88 % artırılması, tranzit daşıma üçün ayrıca icazələrin mübadiləsi imkanı, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınmasına icazələrin verilməsi ilə bağlı razılığa gəliblər.

Nazirlik əlavə edib ki, gələn il üçün daşıyıcılar üçün kvota hər ölkə üçün 11,5 min icazə olacaq. Bunlardan 6 000-i universal, 5 000-i tranzit, 500-ü üçüncü ölkələrə və ölkədən daşınma, 50-si sərnişin daşınması üçün universal icazədir.

Bundan əlavə, bu il 2 000 ədəd həcmində universal icazə kvotasının mübadilə edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi