“Türkiyə Hava Yolları” beynəlxalq uçuşlara başlayacaq

“Türkiyə Hava Yolları” beynəlxalq uçuşlara başlayacaq Türkiyənin əsas yük daşıyıcısı “Turkish Airlines” (Türk Hava Yolları) şirkəti iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.
İnfrastruktur
20 May , 2020 23:30
“Türkiyə Hava Yolları” beynəlxalq uçuşlara başlayacaq

Türkiyənin əsas yük daşıyıcısı “Turkish Airlines” ("Türk Hava Yolları") şirkəti iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

"Daxili reyslər 4 iyunda başlayacaq, amma beynəlxalq reyslər 10 iyunda", - o deyib.

Bundan başqa, Aycının sözlərinə görə, sərnişinlər təyyarə salonunda əl yükünü daşıya bilməyəcəklər. Təyyarəyə yalnız əl çantalarını götürməyə icazə veriləcək.

Koronavirus Türkiyədə ilk dəfə martın 10-da Avropadan qayıdan yerli sakində aşkarlanıb. Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 152 mini ötüb, ölkədə 4 222 insan pandemiyanın qurbanı olub, COVID-19-a yoluxmuş 113 987 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi