"Türk Hava Yolları" icazə verilən baqajın çəkisini azaldıb

"Türk Hava Yolları" icazə verilən baqajın çəkisini azaldıb Əlavə yük daşımaq istəyən sərnişinlər ödəniş etməli olacaqlar
İnfrastruktur
3 May , 2017 10:17
Türk Hava Yolları icazə verilən baqajın çəkisini azaldıb

Bakı. 3 may. REPORT.AZ/ Türkiyənin ən iri aviadaşıyıcısı olan "Türk Hava Yolları" şirkəti adambaşına düşən pulsuz baqajın çəkisini 32 kiloqramdan 23 kiloqrama salıb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu yenilik iyulun 1-dən etibarən tətbiq ediləcək.

Berlin Türk Səyahət Agentliklərinin direktoru Necati Kaya bildirib ki, "Türk Hava Yolları"nın səyahətçi kütləsinin böyük hissəsini Avropa ölkələrində yaşayan türklər təşkil edirlər.

"Türklərin də baqajları digər sərnişinlərlə müqayisədə daha ağır olur. Türk sərnişinlər artıq biletdən savayı əlavə baqaja görə də rüsum ödəməli olacaqlar", - deyə N.Kaya əlavə edib.

Son xəbərlər

Orphus sistemi