Bakı. 15 iyun. REPORT.AZ/ "Türk Hava Yolları" aviaşirkəti alacağı 92 ədəd "Airbus-321" təyyarəsi üçün mühərrik seçiminə qərar verib.
"Report" Türkiyə mediasına istinadən bildirir ki, təyyarələrdən 72 ədədi sərnişin, 20 ədədi isə yük daşıması və hava yollarının əməliyyatlarını həyata keçirmək üçün nəzərdə tutulub.
Şirkətdən bildirilib ki, təyyarələrin alınmasına dair qərar 2013-cü il martın 15-də verilib.