TRACECA ilə daşınmış yüklərin 18%-ni tranzit yüklər təşkil edib

TRACECA ilə daşınmış yüklərin 18%-ni tranzit yüklər təşkil edib Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47 720 min ton, yük dövriyyəsi isə 10 428,8 mln. ton-km olub.
İnfrastruktur
22 Yanvar , 2019 18:00
TRACECA ilə daşınmış yüklərin 18%-ni tranzit yüklər təşkil edib

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47 720 min ton, yük dövriyyəsi isə 10 428,8 mln. ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 30 153,8 min tonu və yaxud 63,2%-i avtomobil nəqliyyatı, 11 316,9 min tonu və yaxud 23,7%-i dəmir yolu nəqliyyatı, 6 249,3 min tonu və yaxud 13,1%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9%-ni və yaxud 8 520,3 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər

Orphus sistemi