Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub

Hadisə
  • 12 iyul, 2025
  • 09:39
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub

Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsində baş verib.

Belə ki, hadisə Abbas Qafarovun yaşadığı evin həyətində su mühərrikindən istifadə etməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.