Suqovuşan su anbarının suvarmada rolu artırılacaq

Suqovuşan su anbarının suvarmada rolu artırılacaq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC işğaldan azad olunnuş ərazilərdə ilkin qiymətləndirmələr aparıb
İnfrastruktur
3 İyun , 2021 14:52
Suqovuşan su anbarının suvarmada rolu artırılacaq

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC işğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmələr aparıb.

“Report” xəbər verir ki, bunu Tərtər rayonundakı Suqovuşan su anbarına media-tur çərçivəsində jurnalistlərə açıqlamasında qurumun sədr müavini Rafiq Aslanov bildirib.

“İlk növbədə su anbarının ərazisi minalardan təmizlənməli idi və təmizlənib. Bu işlər nəticəsində 700-dən çox piyada əleyhinə mina və partlamamış sursatməhv edilib. Daha sonra qiymətləndirmələr aparılıb. vaxtilə Suqovuşan su anbarı vasitəsilə Ağdam və Füzuli rayonlarındakı əkin sahələri suvarılıb", - o qeyd edib.

Rafiq Aslanov
Rafiq Aslanov

"Ümumiyyətlə isə, bütün ölkədə 1,4 milyon hektardan çox suvarılan əkin sahələri var. Ölkədə suvarmanın mütəşəkkil aparılması üçün işğaldan azad olunan ərazilərin su infrastrukturunun təmir və bərpasına ehtiyac var idi. Təkcə Suqovuşan su anbarı kompleksinin altında 96 min hektar suvarılan ərazi var. Ərazi işğaldan azad olunandan sonra biz çalışırdıq ki, buradakı sudan qənaətlə və səmərəli istifadə edək. Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy əraziləri bu kompleks vasitəsilə suvarılır. Hazırda bu kompleksdə təmir işlərinə başlanıb, bu ilin sonuna qədər Suqovuşan su anbarının əsas bənd və ondan ayrılan 5,2 km magistral kanalında infrastruktur işləri yekunlaşacaq. Ümumiyyətlə, Suqovuşan su anbarında təmir işləri 3 mərhələyə bölünüb. Birinci mərhələdə bu kompleksin özü və ondan ayrılan 5.2 kilometr magistral kanalı, ikinci mərhələdə Tərtər çay sol sahili magistral kanalının 22 kilometri, üçüncüdə isə Tərtər çay sağ magistral kanalının 70 kilometrri bərpası nəzərdə tutulur. Tərtər çay sol sahili magistral kanalının bərpası işlərinə başlanılıb və bu ilin sonuna qədər layihə işləri sona çatdırılacaq. Bu bitəndən sonra yenidən qısa müddətdə tender elan edərək Tərtərçay sol sahili magistral kanalının bərpasını həyata keçirəcəyik. Üçüncü mərhələdə Tərtərçay sağ sahili magistral kanalının bərpasını həyata keçirəcəyik. Bu magistral kanalının su buraxma qabiliyyəti saniyədə 50 kubmetrdir, uzunluğu isə 70 kilometrə yaxındır. Bunun də 5 kilometri Tərtərin, 20 kilometri Agdərənin, 44 kilometri isə Ağdamın ərazisinə düşür". Bu ilin Suqovuşan Su Anbarının əsas bənd və ondan ayrılan 5,2 km magistral kanalında infrastruktur işlər yekunlaşacaq. Hazırda saniyədə 22 kub su buxarılır. İnfrastruktur işləri başa çatandan sonra su magistral kanala yönəldiləcək. Suqovuşan su anbarının tam potensialından istifadə üç mərhələ bitdikdən sonra yekunlaşacaq”, - sədr müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi