Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazımdır

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazımdır Bu layihəni fəallaşdıracaq yolun bir hissəsi üçün İranın maliyyə vəsaitinə ehtiyacı var
İnfrastruktur
12 İyul , 2017 15:10
Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazımdır

Bakı. 12 iyul. REPORT.AZ/  Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini fəallaşdıracaq İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiyolu layihəsinin yekunlaşdırılması üçün 4 mlrd. dollar vəsaitə ehtiyac var.

"Report" İranın "Financial Tribune" qəzetinə istinadən xəbərt verir ki, bunu İranın yollar və şəhər inkişafı naziri Abbas Axundi bildirib.

"Bu, böyük və bahalı layihədir. Həmin dəmir yolu Çabahar bölgəsində başlayır və Zahedan (Bəlucistanda əyalət), Zabul və Bircəndə (Cənubi Xorasan əyalətinin mərkəzi) kimi uzanır. Bu layihə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işini aktivləşdirəcək", - nazir əlavə edib.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə yüklərin Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.

İran bu dəmiryolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın "IRCON" dövlət şirkəti dəmiryolunun Çabahardan Zahedana qədər olan 500 km-lik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 mlrd. dollar ayrılıb. 

Son xəbərlər

Orphus sistemi