Səfir: “Orta Dəhliz vasitəsilə enerji resursları və texnologiyalar da tədarük edilə bilər”

Səfir: “Orta Dəhliz vasitəsilə enerji resursları və texnologiyalar da tədarük edilə bilər” Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi Orta Dəhlizin bir hissəsidir və bu dəhliz vasitəsilə təkcə mallar deyil, həm də enerji resursları və texnologiyalar tədarük edilə bilər.
İnfrastruktur
21 May , 2024 18:36
Səfir: “Orta Dəhliz vasitəsilə enerji resursları və texnologiyalar da tədarük edilə bilər”

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi Orta Dəhlizin bir hissəsidir və bu dəhliz vasitəsilə təkcə mallar deyil, həm də enerji resursları və texnologiyalar tədarük edilə bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim Orta Dəhlizin imkanlarının artırılmasına həsr olunmuş VIII illik Transxəzər Forumunda deyib.

“Bütün maraqlı tərəfdaşlarla Orta Dəhliz marşrutu üzrə işləyə biləcəyimizə, eyni zamanda ABŞ-in bu regionun ən mühüm və sadiq dostlarından biri olaraq qalacağına ümid edirik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi