Səfir: “Litva Orta Dəhlizin inkişafını dəstəkləyir”

Səfir: “Litva Orta Dəhlizin inkişafını dəstəkləyir” “Litva Orta Dəhlizin inkişafını dəstəkləyir”.
İnfrastruktur
28 Avqust , 2023 14:13
Səfir: “Litva Orta Dəhlizin inkişafını dəstəkləyir”

“Litva Orta Dəhlizin inkişafını dəstəkləyir”.

Bunu “Report”a müsahibəsində Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas deyib.

Onun sözlərinə görə, müasir şəraitdə, xüsusən də geosiyasi vəziyyət və Rusiyanın Ukraynaya təcavüzü fonunda Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə tranzit getdikcə daha da aktuallaşır.

“Litvanın da Azərbaycana təklif edəcəyi bir çox şey var. Bizim Klaypeda dəniz limanımız var, o, bütün il boyu istifadə olunur. Təbii ki, o, məsələn, bəzi Mərkəzi Asiya ölkələri üçün istifadə oluna bilər”, - səfir bildirib.

E.Navikasın sözlərinə görə, yeni nəqliyyat dəhlizləri müxtəlif reallıqlar və qarşılıqlı dəstək və maraqlar hesabına inkişaf edəcək.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi