Bakı. 7 yanvar. REPORT.AZ/ Bakı Metropoliteninin "Nizami" stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılacaq. Bununla bağlı bütün hazırlıq işləri görülüb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 8-də təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Eskalatorun fevralın 7-nə qədər yenidən istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.
Bakı Metropoliteni yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir.