Sabah “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Areanın yerləşdiyi hissədə yol bağlanacaq

Sabah “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Areanın yerləşdiyi hissədə yol bağlanacaq Ərazidə təmir işləri aparılacaq
İnfrastruktur
11 Aprel , 2017 18:38
Sabah “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Areanın yerləşdiyi hissədə yol bağlanacaq

Bakı. 11 aprel. REPORT.AZ/ Sabah səhər saatlarından etibarən Dövlət Rayon Elektirik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Areanın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən L.Starçuk küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən xəbərə görə, qeyd edilən hissələrdə yollar aparılan təmir işləri ilə əlaqədar bağlanacaq. 

"Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi