​Sabah Bakının bəzi ərazilərinə təbii qazın verilişində fasilələr olacaq

​Sabah Bakının bəzi ərazilərinə təbii qazın verilişində fasilələr olacaq Fasilələrin yaranması qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır
İnfrastruktur
161
2 İyul , 2016 14:03
​Sabah Bakının bəzi ərazilərinə təbii qazın verilişində fasilələr olacaq

Bakı. 2 iyul. REPORT.AZ/ Sabah Bakının Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin, eləcə də 20-ci sahə yaşayış massivinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, fasilələrin yaranması abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və diametri 720 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.

Aparılan işlərin Yasamal rayonu Nizami və Ə.Quliyev küçələri, həmçinin Nəsimi rayonu D.Əliyeva küçəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi