Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda çən-vaqon yuyulub - FOTO

Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda çən-vaqon yuyulub - FOTO Bu ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda çən-vaqon yuyulub.
İnfrastruktur
10 İyun , 2020 10:14
Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda çən-vaqon yuyulub - FOTO

Bu ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda çən-vaqon yuyulub.

“Report” bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumata görə, ölkə ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində fəaliyyətini quran stansiyada, ötən ay ərzində 1 139 çən vaqonu yuyulub, onlardan 1 098 daxildən, 41 ədədi isə xaricdən təmizlənib. Bu rəqəm, bu vaxta qədər 1 ay ərzində stansiyada yuyulan vaqonların sayında rekord göstərici hesab edilir. Bu vaxta qədər ay ərzində yuyulan vaqonların sayı orta hesabla 450-650 arasında dəyişirdi.

Son xəbərlər

Orphus sistemi