Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub
İnfrastruktur
- 28 mart, 2026
- 19:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Quba-Xınalıq avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
"Report"un Şimal bürosunun məlumatına görə, Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra qaya daşlarının uçması nəticəsində Xınalıq kəndinə gedən yol bağlanmışdı.
Belə ki, qaya parçaları yolun 30-32-ci kilometrliyinə tökülüb və 800 metr məsafədə asfalt örtüyü dağılıb.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Sahə rəisi Bilal Sultanov "Report"un yerli bürosuna bildirib ki, Xınalıq-Quba istiqamətində gediş-gəliş təmin edilib. Onun sözlərinə görə, qaya daşlarının yoldan tam təmizlənməsi bir neçə gün vaxt aparacaq.
Son xəbərlər
08:14
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:08
Dünya Bankının rəhbəri iş yerlərinin yaradılmasını əsas prioritet adlandırıb
İqtisadiyyat07:46
Holand Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib
Futbol07:42
Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb
Region07:11
AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir
Digər ölkələr06:42
Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
İqtisadiyyat06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16