Qorxmaz Hüseynov: “Su filtri satan firmalar əhaliyə verdiyimiz suyun keyfiyyətini şübhə altına alır”

İnfrastruktur
  • 07 noyabr, 2019
  • 08:13
Qorxmaz Hüseynov: “Su filtri satan firmalar əhaliyə verdiyimiz suyun keyfiyyətini şübhə altına alır”

“Bakıda su filtrlərinin reklamı ilə “Azərsu” ASC-nin əhaliyə verdiyi su antireklam edilir. Filtr satan firmalar bizim suyun keyfiyyətini şübhə altına alırlar”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında səhmdar cəmiyyətinin sədri Qormaz Hüseynov deyib.

O, həmçinin qeyd edib ki, bir çox hallarda su filtrləri özləri çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filterlər çox ciddi xidmət tələb edir”, - deyə o, qeyd edib.

Q.Hüseynov kooperativ binalarda suyun çirkli olmasına da münasibət bildirib: “Həmin binaların özlərinin su anbarları olur. Anbarlar ildə azı bir dəfə təmizlənməlidr və yuyulmalıdır. Ancaq təəəsüflər olsun ki, bir çox binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparırıq”.