"Qırmızı Körpü" gömrük postunda yaranan məhdudiyyət aradan qaldırılıb

"Qırmızı Körpü" gömrük postunda yaranan məhdudiyyət aradan qaldırılıb Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində yaranan məhdudiyyət aradan qaldırılıb.
İnfrastruktur
3 May , 2019 10:54
Qırmızı Körpü gömrük postunda yaranan məhdudiyyət aradan qaldırılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində yaranan məhdudiyyət aradan qaldırılıb.

Bunu “Report”a açıqlaması zamanı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib. 

Onun sözlərinə görə, dünən 23:30-dan etibarən problem öz həllini tapıb.

“Artıq gediş-gəliş tam bərpa olunub. Gömrük-keçid məntəqəsi normal iş şəraitində öz fəaliyyətini davam etdirir”, - N.Axundov deyib.

Qeyd edək ki, dünən saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub. 

Son xəbərlər

Orphus sistemi