Qazaxıstan, Rusiya və Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəlib

Qazaxıstan, Rusiya və Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəlib Daşkənddə Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan və Rusiya-Xəzər dənizi-Türkmənistan-Özbəkistan-Qırğızıstan nəqliyyat dəhlizlərinə dair sənədlər imzalanıb.
İnfrastruktur
2 Noyabr , 2023 13:47
Qazaxıstan, Rusiya və Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəlib

Daşkənddə Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan və Rusiya-Xəzər dənizi-Türkmənistan-Özbəkistan-Qırğızıstan nəqliyyat dəhlizlərinə dair sənədlər imzalanıb.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İmzalanma mərasimi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Nəqliyyat Forumu çərçivəsində baş tutub.

Qeyd edilib ki, görüşün əsas məqsədi ŞƏT ölkələrinin nəqliyyat və logistika sektorunun nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması olub.

Daha əvvəl Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal xidmətin inkişafı üçün paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalayıblar.

Son xəbərlər

Orphus sistemi