Qazaxıstan, Çin və Belarus Çin-Avropa marşrutu ilə daşınacaq yüklərin emalı üçün terminal yaradacaq

Qazaxıstan, Çin və Belarus Çin-Avropa marşrutu ilə daşınacaq yüklərin emalı üçün terminal yaradacaq Qazaxıstan, Çin və Belarus birgə logistika xidmətlərini inkişaf etdirmək barədə razılığa gəliblər.
İnfrastruktur
25 İyun , 2024 09:34
Qazaxıstan, Çin və Belarus Çin-Avropa marşrutu ilə daşınacaq yüklərin emalı üçün terminal yaradacaq

Qazaxıstan, Çin və Belarus birgə logistika xidmətlərini inkişaf etdirmək barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumat yayıb.

Məlumata görə, bu məqsədlə “Qazaxıstanın “KTZ Express”, Çinin “Xi’an Free Trade Port Construction and Operation Co. Ltd” və Belarusun “Unionway” şirkətləri arasında birgə logistika xidmətlərinin inkişafı üzrə Niyyət Memorandumu imzalanıb. Razılıq bu gün Şanxayda “Transport logistic China 2024” sərgisi çərçivəsində əldə olunub.

Xüsusilə, tərəflər Çin-Avropa marşrutu ilə və əks istiqamətdə daşınacaq yüklərin emalı və paylanılması üçün Belarusun “Svisloch” stansiyasında logistika terminalı yaratmaq barədə razılaşıblar.

“Bu addım nəqliyyat infrastrukturunun inkişafında və Qazaxıstanın tranzit potensialının artırılması üçün yeni imkanların yaradılmasında mühüm mərhələdir”, - Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatında vurğulanıb.

Son xəbərlər

Orphus sistemi