Qazaxıstan Azərbaycana uçuş reyslərinin sayını artırmaq niyyətindədir

Qazaxıstan Azərbaycana uçuş reyslərinin sayını artırmaq niyyətindədir Qazaxıstan rəhbərliyi qənaətbəxş epidemioloji vəziyyətə və yüksək peyvəndləmə səviyyəsinə malik 30 ölkədən gələn şəxslər üçün vizasız rejimi bərpa edib.
İnfrastruktur
21 Sentyabr , 2021 14:02
Qazaxıstan Azərbaycana uçuş reyslərinin sayını artırmaq niyyətindədir

Koronavirus pandemiyası səbəbindən tətbiq edilmiş karantin tədbirlərinin yumşaldılması fonunda Qazaxıstan hökuməti 16 ölkə ilə, o cümlədən Azərbaycanla hava əlaqəsini bərpa etmək və reyslərin sayını artırmaq haqqında qərar qəbul edib.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, müvafiq siyahıya Azərbaycandan başqa, BƏƏ, Rusiya, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya Respublikası, Polşa, Macarıstan, İtaliya, Çex Respublikası, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt də düşüb.

Bundan əlavə, Qazaxıstan rəhbərliyi qənaətbəxş epidemioloji vəziyyətə və yüksək peyvəndləmə səviyyəsinə malik 30 ölkədən gələn şəxslər üçün vizasız rejimi bərpa edib.

Son xəbərlər

Orphus sistemi