Qarasu-Padar mənzilində 9,2 km-lik dəmir yolu əsaslı təmir olunur

Qarasu-Padar mənzilində 9,2 km-lik dəmir yolu əsaslı təmir olunur Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Qarasu-Padar mənzilində 9,2 km-lik yolun təmirinə start verilib.
İnfrastruktur
20 Dekabr , 2017 10:06
Qarasu-Padar mənzilində 9,2 km-lik dəmir yolu əsaslı təmir olunur

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Qarasu-Padar mənzilində 9,2 km-lik yolun təmirinə start verilib.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, 5 gün davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY və Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 428 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi