Koronavirus pandemiyası (COVID-19) ilə bağlı xaricdə olan Azərbaycan vətəndaşlarının vətənə təxliyə olunması üzrə fəaliyyət davam etdirilir.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən “Report”a verilən məlumata görə, 27 mart 2020-ci il tarixində “LOT” Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilən Varşava-Bakı reysi müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.
“Bununla yanaşı LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb.
Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb” - deyə, səfirliyin məlumatında qeyd olunub.