Oktyabrda İstisuda magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq

Oktyabrda İstisuda magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq Bu ay Kəlbəcərdə yerləşən İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq.
İnfrastruktur
16 Oktyabr , 2024 13:06
Oktyabrda İstisuda magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq

Bu ay Kəlbəcərdə yerləşən İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi işləri yekunlaşacaq.

Bunu “Report”a açıqlamasında "ND COMPANY" QSC-nin direktoru Elvin Mahmudov bildirib.

Onun sözlərinə görə, hazırda şirkət işğaldan azad olunmuş ərazilərdə bir sıra tikinti-quraşdırma işləri həyata keçirir: “Görülən işlərə Ağdamın mərkəzində, 11-ci məhəllə adlanan yerdə çox funksiyalı yaşayış kompleksinin, Xıdırlı kəndində yaşayış evlərinin tikintisi, Kəngərli kəndində kommunikasiya xətlərinin, Kəlbəcərdə İstisu qəsəbəsində magistral boru kəmərlərinin çəkilməsi daxildir. Qarabağda Ağdam-Kəlbəcər magistral qaz kəmər çəkilməsi işləri yekunlaşıb".

E. Mahmudov bildirib ki, 11-ci məhəllə, Xıdırlı və Kəngərli layihələrin icrası hələ davam edir: "Hər biri qrafikə uyğun olaraq müvafiq vaxtda təhvil veriləcək”.

Son xəbərlər

Orphus sistemi