Noyabrda Astara-Astara dəmir yolu ilə yük qatarları hərəkətə başlayacaq

Noyabrda Astara-Astara dəmir yolu ilə yük qatarları hərəkətə başlayacaq Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib
İnfrastruktur
12 Oktyabr , 2017 11:13
Noyabrda Astara-Astara dəmir yolu ilə yük qatarları hərəkətə başlayacaq
Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov / Report/ Firi Salim

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttində yük qatarlarının hərəkətə başlaması nəzərdə tutulub. 

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

"Regionda daha bir önəmli beynəlxalq layihələr Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləridir. Hazırda "İran Dəmir Yolları" ilə Astara-Astara dəmir yolunun inşası reallaşdırılır. Burada işlərin yaxın vaxtlarda bitməsi planlaşdırılır. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb. Astara çayı üzərindən dəmir yolu körpüsü hazırdır", - deyə C.Qurbanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi