​Novruz bayramında Bakıda bəzi yollar bağlı qalacaq

​Novruz bayramında Bakıda bəzi yollar bağlı qalacaq Sürücülərə alternativ yollar təqdim edilib
İnfrastruktur
140
13 Mart , 2015 16:19
​Novruz bayramında Bakıda bəzi yollar bağlı qalacaq

Bakı. 13 mart. REPOERT.AZ/ Asfalt örtüyünün yenilənməsi məqsədilə Novruz bayram günlərində martın 22-28-nə kimi Bakı şəhərinin Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

"Report"un məlumatına görə, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi