Tbilisi. 27 noyabr. REPORT.AZ/ “Gürcüstan tranzit ölkədir və bu funksiyanın gücləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsi strateji əhəmiyyət kəsb edir”.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili deyib.
O bildirib ki, ölkə “Gürcüstan dəmir yolları”nın modernləşdirilməsi və Bakı-Tbilisi-Qars layihəsinin inkişafına xüsusi önəm verir:
“Bununla yanaşı Anaklia dəniz limanı, Şərq-Qərb avtomagistralı, loqistika mərkəzlərinin yaradılması, Poti və Batumi limanlarının genişləndirilməsi və digər layihələr də Gürcüstanın nəqliyyat-loqistika habına çevrilməsinə imkan verəcək”.
“Fitch” beynəlxalq reytinq agentliyi “Gürcüstan Dəmir Yolları” SC-nin reytinqini “B+” səviyyəsində saxlayaraq proqnoz gözləntilərini “Stabil”dən “Pozitiv”ə doğru yaxşılaşdırıb. Agentliyin məlumatında qeyd olunub ki, “Gürcüstan Dəmir Yolları” SC “