Nazir: "Azərbaycanın infrastruktur şirkətləri Rusiyada həyata keçirilən layihələrdə fəal iştirak edir"

İnfrastruktur
  • 27 sentyabr, 2018
  • 06:51
Nazir: Azərbaycanın infrastruktur şirkətləri Rusiyada həyata keçirilən layihələrdə fəal iştirak edir
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
Report/ Elchin Murad

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycan-Rusiya nəqliyyat əlaqələri inkişaf edir. Hər iki tərəf bu əlaqələrin inkişafında maraqlıdır".

“Report” xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, bu forum iki ölkə arasında çoxtərəfli əməkdaşlığı əks etdirir.

“Azərbaycanın infrastruktur şirkətləri Rusiyada həyata keçirilən layihələrdə fəal iştirak edirlər. İki ölkə arasında bir sıra sənədlər, o cümlədən rəqəmsal nəqliyyat sisteminin yaradılması ilə bağlı müqavilə imzalanıb", - nazir qeyd edib. 

44 filmi