Naxçıvan şəhərinə yük avtomobillərinin girişi məhdudlaşdırılıb

Naxçıvan şəhərinə yük avtomobillərinin girişi məhdudlaşdırılıb Bu gündən başlayaraq Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılır.
İnfrastruktur
14 oktyabr 2024 15:20
Naxçıvan şəhərinə yük avtomobillərinin girişi məhdudlaşdırılıb

Bu gündən başlayaraq Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.

Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov bildirib ki, maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur:

"DYP olaraq yükdaşıma fəaliyyətini həyata keçirən və bu istiqamətdə çalışan həm fiziki şəxslərin eyni zamanda hüquqi şəxslərdən tələbimiz ondan ibarətdir ki, yükdaşıma fəaliyyətlərini qeyd olunan şərtlər daxilində həyata keçirsinlər".

Qeyd edək ki, kilosu beş tondan artıq olan yük maşınları ancaq qadağan edilmiş saatlar xaricində şəhərə daxil ola biləcəklər. Qadağa nişanlarının quraşdırılmasında məqsəd şəhərdaxili yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.

Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
İnfrastruktur
25 may 2025 14:51
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, mayın 26-da bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb

Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb Bu gün axşam saatlarında Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.
İnfrastruktur
24 may 2025 21:52
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb

Bu gün axşam saatlarında Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir

Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir Bakı şəhərinin Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
İnfrastruktur
24 may 2025 15:45
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir

Bakı şəhərinin Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan "King Long" markalı avtobuslar müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda gediş haqqı nağdsız qaydada aparılır.

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bakıda 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
İnfrastruktur
23 may 2025 20:58
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, mayın 24-ü saat 08:00-dan may 27-si saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Nəticədə məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut isə Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.

Azərbaycan “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə təmsil olunub

Azərbaycan “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə təmsil olunub Azərbaycan “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə təmsil olunub
İnfrastruktur
23 may 2025 16:34
Azərbaycan “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə təmsil olunub

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr müavini Zaur Nağıyev və Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov Braziliyanın dövlət neft-qaz şirkəti “Petrobras” ilə bu şirkətin tərəfdaşı olan gəmi sahibləri arasında Rio-de-Janeyro şəhərində keçirdiyi əməkdaşlıq görüşündə iştirak edib. 

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, tədbirdə əsasən "Petrobras"ın idarə etdiyi gəmilərə dair tələblər, gəmiçilik şirkətləri üçün qoyulan standartlar, dünya gəmiçilik sektorunda mövcud risklər və onların idarə olunması, uyğunluq (komplayns) məsələləri müzakirə olunub.

Həmçinin, “Petrobras”ın gəmiçilik xidmətlərinə olan cari tələbatı, xüsusilə dəniz əməliyyatları və daşımalar sahəsindəki ehtiyacları nəzərdən keçirilib. Tədbirdə “Petrobras” nümayəndələri gələcək potensial layihələri barədə də məlumat verərək, bu layihələr çərçivəsində tərəfdaşlıq niyyətlərini diqqətə çatdırıblar.

Tərəflər arasında müzakirələr zamanı ASCO-ya məxsus “Aframax” tipli bir gəminin artıq uzunmüddətli çarter müqaviləsi əsasında “Petrobras”a verildiyi bildirilib və bu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Həmçinin ASCO-nun başqa gəmilərinin də bu nüfuzlu beynəlxalq neft-qaz şirkətinə icarəyə verilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. 

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb AZCON Holding şirkətlərindən olan ASCO-nun “Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmir olunub.
İnfrastruktur
23 may 2025 16:31
“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmir olunub. 

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri, maşın şöbəsindəki nasoslar, hava kompressorları, soyuducular və seperatorlar sazlanıb.

Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.

“Teymur Əhmədov” quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri də əsaslı təmir edilib.

Gəmidə yerləşən bütün rabitə və elektroradionaviqasiya avadanlıqları təmir olunub, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Burada müasir tip yeni “Inmarsat-C” peyk rabitə terminalı, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, komanda yayım qurğusu quraşdırılıb.

İşlər başa çatdıqdan sonra gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra üzən vasitə yenidən istismara qaytarılıb.

“Teymur Əhmədov” gəmisinin uzunluğu 118,7, eni 13,4 metr, yükgötürmə qabiliyyəti isə 3 100 tondur. 

Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq
İnfrastruktur
23 may 2025 16:10
Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan mayın 25-i saat 22:00-a qədər Bakının Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsində (Tbilisi prospektindən tunelin girişinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. ", - deyə məlumatda qeyd olunub.

Bakının Elşən Süleymanov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bakının Elşən Süleymanov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq Bakının Elşən Süleymanov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur
23 may 2025 16:02
Bakının Elşən Süleymanov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan mayın 27-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub. 

Bakının Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq

Bakının Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq Sabah səhər saatlarından etibarən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq.
İnfrastruktur
23 may 2025 15:08
Bakının Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq

Sabah səhər saatlarından etibarən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Bakı-Sumqayıt sərnişin qatarlarının Müstəqillik Günündəki qrafiki açıqlanıb

Bakı-Sumqayıt sərnişin qatarlarının Müstəqillik Günündəki qrafiki açıqlanıb Qeyri-iş günü elan edilmiş 28 May - Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.
İnfrastruktur
23 may 2025 14:14
Bakı-Sumqayıt sərnişin qatarlarının Müstəqillik Günündəki qrafiki açıqlanıb

Qeyri-iş günü elan edilmiş 28 May - Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.

Bu barədə “Report” "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil alıb

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil alıb Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil alıb
İnfrastruktur
23 may 2025 11:54
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil alıb

2025-2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu, mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində keçirilmiş “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammitində baş verir. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb.

Tədbirdə ölkəmizi nazir müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb.

Tədbir “Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunub. İştirakçılar təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlığının təmin olunması yollarını müzakirə ediblər.

R.Hümmətov Nəqliyyat Nazirləri Şurasının iclasında çıxış edərək Azərbaycanın qlobal şoklara davamlı nəqliyyat sistemlərinin yaradılması istiqamətində atdığı addımları təqdim edib. O, şəhər infrastrukturunda rəqəmsallaşma, o cümlədən tətbiq olunan “Rəqəmsal əkiz” layihəsi, eləcə də yaşıl və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı üzrə görülən işlər barədə məlumat verib. Nazir müavini, həmçinin Azərbaycanın regional nəqliyyat layihələrindəki fəal iştirakını və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Qarabağ bölgəsində münaqişədən sonrakı dövrdə həyata keçirilən bərpa işləri çərçivəsində müasir magistral yolların, hava limanlarının tikintisinə və şəhər infrastrukturunun yenidən qurulmasına böyük həcmdə sərmayə yönəldilib. Bu da regionun dirçəlməsi və nəqliyyat əlaqələrinin canlanması baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan üçün bu prezidentlik yalnız bir vəzifə deyil, daha innovativ, yaşıl və daha əlaqəli nəqliyyat sistemlərinin təşviqi istiqamətində geniş səylərimizin davamıdır. Biz bilirik ki, nəqliyyat təkcə infrastruktur deyil, iqtisadi inkişaf, regional əməkdaşlıq və sosial inklüziya üçün bir vasitədir”, – deyə nazir müavini nazirlərin mətbuat konfransında bildirib.

O, sammit çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər də keçirib. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sammit çərçivəsində, həmçinin Beynəlxalq Nəqliyyat Forumunun tərəfdaşlarının məhsul, xidmət və innovativ təşəbbüslərini təqdim etdikləri sərgi təşkil olunub. Burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin stendi də nümayiş olunur. Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim, sammitdə iştirak edən nazirlər və nümayəndə heyətlərinin rəhbərləri stendlə tanış olublar. Ziyarətçilərə Azərbaycanın nəqliyyat sahəsindəki nailiyyətləri ilə bağlı ətraflı məlumat verilib.

Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan 1998-ci ildən bu təşkilatın həqiqi üzvüdür, 2008-ci ildən etibarən mütəmadi olaraq təşkil olunan bu sammit qlobal nəqliyyat siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır.

Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur

Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur
İnfrastruktur
23 may 2025 10:37
Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başlanğıcını Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 137-ci km-dən götürən Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulmasına başlayıb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, 7 minə yaxın əhalinin istifadə etdiyi Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun uzunluğu 36,3 km-dir. 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolların eni 10 metrə qədər genişləndirilir.

Hazırda layihə üzrə yol boyu torpaq işləri, hamarlanma, genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Layihə çərçivəsində suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi də icra olunacaq.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmiş olacaq.

Son xəbərlər

Orphus sistemi