Naxçıvan-Məşhəd dəmir yolu reysinin marşrutu müəyyənləşib

Naxçıvan-Məşhəd dəmir yolu reysinin marşrutu müəyyənləşib Bunun üçün Azərbaycan İrana vaqonlar da göndərib
İnfrastruktur
10 Oktyabr , 2016 15:23
Naxçıvan-Məşhəd dəmir yolu reysinin marşrutu müəyyənləşib

Bakı.10 oktyabr. REPORT.AZ/ Azərbaycan Naxçıvan-Məşhəd marşrutu üzrə hərəkət edəcək sərnişin qatar heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edib.

"Report"un əldə etdiyi məlumata görə, 36 nəfərlik kupe tipli vaqonlar əsaslı bərpa-təmir görmüş nəqliyyat vasitələridir.

Belə ki, üç vaqon ayrı lokomotivlə İranın Təbriz şəhərinə qədər hərəkət edəcək. Təbrizdə isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra ayrı lokomotivlə Culfaya qədər (İran) hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotiv vasitəsilə Naxçıvana çatdırılacaq.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Cavid Qurbanov Naxçıvan-Məşhəd marşrutu üzrə sərnişin qatarının işə düşməsindən sonra İranda qurumun nümayəndəliyinin açılması imkanını da istina etməyib.

ADY-nin hazırda Türkiyə, Rusiya, Avropa ölkələri, Qazaxıstanda nümayəndəlikləri var.

Son xəbərlər

Orphus sistemi