Muğan dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır

İnfrastruktur
  • 19 aprel, 2018
  • 07:02
Muğan dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Muğan stansiyasında 4 ədəd yoldəyişən qurğuı təmir edilir. 

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, təmir işlərini 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir. 

Xatırladaq ki, yoldəyişənlərin təmirinə 9 sentyabr 2016-cı ildə başlanılıb və indiyə qədər 145 yoldəyişən yenisi ilə əvəz olunub.