Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin tikintisi, tarixi abidələrin bərpası işləri aparılır və bu işlər Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın xüsusi diqqətindədir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
“Bu işlərlə bağlı xüsusi proqram tərtib olunub. Həmin proqrama uyğun olaraq Qarabağda məscidlər tikilir və bərpa edilir. Əsasən fikir verilir ki, əvvəlki dövrdə olan məscidlər eyni formada restavrasiya olunsun. Çünki işğal dövründə məscidlərin böyük əksəriyyətini məhv edib, dağıdıblar. Bütün bu məscidlərdə restavrasiya işləri başa çatdırılacaq, Böyük Qayıdış yekunlaşdıqdan sonra həmin yerlərə din xadimlərinin təyinatı başlayacaq”, - deyə o qeyd edib.